"Topaz"da bu gün: Hansı seriya qırılacaq?

Həftənin 5-ci günüdürsə, demək, əksər ölkə çempionatlarında yeni tur başlayır.
 
Bu gün də istisna deyil. Avropa və Amerikanın bir çox çempionatlarında növbəti tura start veriləcək. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" öz müştərilərinə mərc etmək üçün 115 oyun təklif edir. Bunlardan 50-sinə canlı, 7-sinə isə "təkli" mərc etmək olar.
 
"Təkli oyunlar" arasında İspan La Liqasının "Valladolid"-"Espanyol" matçını xüsusi vurğulamaq lazımdır. Hər iki komanda uğurlu çıxışı ilə çoxlarını təəccübləndirir. Son 4 turda 3 qələbə qazanıb, birində heç-heçə oynayan "Espanyol" 17 xal toplayaraq lider "Barselona"dan cəmi 1 xal geri qalır. Son 5 turda 13 xal qazanan (4 qələbə, 1 heç-heçə) "Valladolid" isə son sıralardan 6-cı pilləyədək yüksəlib. "Espanyol" duelin favoriti sayılsa da, statistika əksini deyir. Əvvəla, Kataloniya təmsilçisi düz 17 ildir La Liqa oyunlarında səfərdə "Valladolid"i uda bilmir. İkincisi də, "Espanyol" bu mövsüm səfərdə keçirdiyi 5 görüşün 4-də uduzub. Beləliklə, sadaladığımız bu statistik seriyalardan biri və ya bir neçəsi bu axşam qırılacaq. Heç-heçə olacağı təqdirdə isə hər şey olduğu kimi qalacaq. Yeri gəlmişkən, tərəflər arasında son 7 dueldən 5-də qalib müəyyənləşməyib.  Saat 23-də başlanacaq qarşılaşmaya "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: 

"Valladolid"in qələbəsi 3.00, heç-heçə 2.85, "Espanyol"un qələbəsi 2.15. Gecənin digər maraqlı matçlarından biri Almaniya bundesliqasının "Frayburq"-"Borrusiya Münhenqladbax" görüşüdür. Tərəflərin durumu fərqlidir. 8 turda cəmi 1 dəfə uduzan münhenqladbaxlılar adaşı Dortmund "Borrusiya"sından sonra 2-ci sırada qərarlaşıb. Ardıcıl 3 oyundur qələbə qazana bilməyən "Frayburq" isə 9-cudur. Liderlik kürsüsünə can atan "Borrusiya" bu axşam mütləq qələbə qazanmalıdır.  Amma... Amması odur ki, bu komandaların aralarındakı görüşlərdə düz 10 ildir qonaqlar qələbə qazana bilmir. Görək, bu dəfə qonaqlar "tilsimi" qıra biləcəkmi? "Topaz"ın bu "təkli oyun" üçün müəyyənləşdirdiyi əmsallar: "Frayburq"un qələbəsi 3.15, heç-heçə 3.40, "Borrusiya Münhenqladbax"ın qələbəsi 2.00.

Təklif  bizdən, seçim sizdən. "Topaz"da qazanmaq yalnız öz əlinizdədir.

Xəbər lenti