"Topaz"ın şənbə proqramı: 29 "təkli oyun"

Mərc həvəskarları həm həyəcan, həm də qazanc dolu bir həftəsonu keçirmək istəyirlərsə, "Topaz"ın şənbə proqramına diqqət yetirmək kifayətdir.
 
Bir ucu "gündoğar ölkə" Yaponiya, digər tərəfdən ekzotika dolu Ekvador və Peruya qədər bu gün dünyanın yaşıl meydanlarında oynanılacaq futbol matçlarına Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz"da mərc edə bilərsiniz.
 
Bu günkü proqramda nə az, nə çox - düz 348 matç yer alıb ki, onlardan əksəriyyətinə canlı, 29 qarşılaşmaya isə "təkli oyun" kimi mərc etmək mümkündür. İngiltərənin premyer liqasının bu gün keçiriləcək 6, Fransa Liqasının 5, İtaliya A seriyasının isə 3 görüşünün hamısına, Almaniya bundesliqasında 5 matçdan 4-nə, İspaniya primerosunda 4 qarşılaşmadan 3-nə "təkli oyun" kimi pul yatıra bilərsiz.
 
Oyunların gedişatı zamanı mərc etmək istəyənlər üçün də bütün bu oyunlar canlı mərcə açıq olacaq. İntuisiyanıza və şansınıza güvənərək "Topaz" vasitəsilə həftəsonunu qazancla başa vura bilərsiz. Bol şanslar.

Xəbər lenti