"Toronto" və "Denver" seriyanı bərabərləşdirdi, "Portlend"dən növbəti qələbə

NBA-da pley-off mərhələsinin növbəti görüşləri keçirilib.

Şərq konfransında "Toronto" "Orlando" ilə qarşılaşıb. Başdan-sona üstünlüyü əldən verməyən Kanada təmsilçisi asanlıqla qələbə qazanıb. Beləliklə, seriyada hesab bərabərləşib. "Toronto"nun heyətində Kavay Leonard 37 xalla oyunun ən məhsuldar ismi olub.

Qərb konfransında iki görüş keçirilib. "Denver" son perioddakı üstün oyunu sayəsində "San Antonio"nu məğlub edərək seriyaya tarazlıq gətirib. "Naqqets" komanda halında məhsuldarlığı ilə seçilib. Camal Mörrey 24, Qeri Harris 23 xalla oynayıb. Yokiç 21 xal, 13 ribaund, 8 assistlə tripl-dablı qaçırıb, Millsep isə 20 xal, 7 ribaundla qarşılaşmanı tamamlayıb. "San Antonio"nun heyətində DeMar DeRozanın 31 xalı qələbə üçün yetərli olmayıb.

"Portlend" isə "Oklahoma Siti" üzərində növbəti qələbəsini qazanıb. Makkollum (33 xal, 8 ribaund) və Lillard (29 xal, 6 assist) qalibiyyətdə əsas pay sahibi olublar.


NBA

Pley-off

İlk tur

Şərq konfransı

"Toronto Rəptors" - "Orlando Məcik" - 111:82

Seriyada hesab - 1:1


Qərb konfransı

"Denver Naqqets" - "San Antonio Spörs" - 114:105

Seriyada hesab - 1:1

"Portlend Treyl Bleyzers" - "Oklahoma Siti Tander" - 114:94

Seriyada hesab - 2:0

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR