"Toronto"nun sabiq oyunçularına çempionluq üzüyü verilməyəcək

2018-19 mövsümündə "Toronto"da çıxış etmiş basketbolçulardan bəziləri çempionluq üzüyünə layiq görülməyəcəklər.

Sözügedən mövsümə "Reptors"un heyətində başlayan, sonradan komandadan ayrılan Yonas Valançyunas, Delon Rayt və Si Cey Maylz üzüklə mükafatlandırılmayacaqlar. Bu barədə baş menecer Bobbi Vebster məlumat verib:

"Bu, asan qərar deyil. Eyni zamanda, standart həll yolu elə budu. Digər komandalarla da məsləhətləşdik. İndiyə kimi sadəcə bir dəfə çempion olan komanda sabiq oyunçusuna üzük təqdim edib. Söhbət Anderson Varejaodan ("Qolden Steyt") gedir. Başqa belə bir situasiyaya rast gəlinməyib. Deməli, bu, unikal haldı".

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR