Toşak “Traktorsazi”yə gəldi

 Toşak “Traktorsazi”yə gəldi
"Traktorsazi”nin yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, Təbriz klubu artıq Ərtoğrul Sağlam ilə yollarını ayırıb.

Onun boşaltdığı post isə vaxtilə "Beşiktaş”da və "Xəzər Lənkəran”da da çalışmış Con Toşaka tapşırılıb. Bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb. Uelsli mütəxəssis "Traktorsazi” ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis "Xəzər Lənkəran”da 2013-cü ildə baş məşqçi olub. Azərbaycandan ayrılandan sonra o, Mərakeşin "Vidad” komandasını çalışdırıb. Toşak 2016-cı ildən bəri işsiz idi.

"Traktorsazi” geridə qalan mövsümdə İran çempionatını 16 iştirakçı arasında 10-cu pillədə başa vurub.

Sport7.az
 

Xəbər lenti