"Tottenhem" Beylin transferi ilə bağlı "Real"la danışıqlar aparır

"Tottenhem" "Real"ın vinqeri Qaret Beylin xidmətində maraqlıdı.

"El Chiringuito"nun xəbərinə görə, klub rəhbərləri - Deniel Levi və Florentino Peres mümkün transferin detallarını müzakirə etmək üçün Madriddə görüşüblər.

Levi baş məşqçi Zinəddin Zidanın Beyllə bağlı gələcək planlarını öyrənmək istəyib. "Tottenhem"in keçidi qışda, yoxsa yayda rəsmiləşdirmək istədiyi ilə bağlı dəqiq məlumat yoxdu.

Uelsli futbolçunun adı "Sevilya" ilə oyunun (2:1) iştirak ərizəsinə daxil edilməmişdi.

Cari mövsümdə La Liqada 12 matçda meydana çıxan Beylin aktivində 2 qol var.
 
Qeyd edək ki, 30 yaşlı oyunçu 2007-2013-cü illər aralığında "Tottenhem"də çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR