"Tottenhem" meydana çıxmadan mərhələ adladı

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsinin təxirə salınan "Leyton Orient” – "Tottenhem” oyunu ilə bağlı qərar verilib.

Sport7.az xəbər verir ki, London təmsilçisi meydana çıxmadan mərhələ adlamağı bacarıb. Buna səbəb təşkilatçıların aşağı liqa klubuna texniki məğlubiyyət verməsidir.
 
Sentyabrın 22-də baş tutmalı olan qarşılaşma "Leyton Orient”in bir neçə futbolçusunda koronavirus pandemiyasına yoluxma halı aşkarlandığından təxirə salınmışdı.
 
Artıq "Tottenhem”in 1/8 final mərhələsinə adladığı açıqlanıb.

Joze Mourinyonun yetirmələri növbəti mərhələdə "Çelsi” ilə London derbisində üz-üzə gələcək. Bu oyun sentyabrın 29-da baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR