"Tottenhem" baş məşqçi Maurisio Poçettinonu istefaya göndərib.
Poçettino ilə yanaşı, məşqçilər korpusunun digər üzvləri ilə də əməkdaşlığa son qoyulub. Səbəb kimi komandanın son dönəmdəki uğursuz nəticələri göstərilir.
Poçettino 2014-cü ildən bəri "Tottenhem"də çalışırdı. Ötən mövsüm London klubu argentinalı mütəxəssisin rəhbərliyi altında Çempionlar Liqasında final oynamışdı.
Hazırda "Tottenhem" 14 turdan sonra Premyer Liqada 14-cü sırada qərarlaşıb.
Poçettinonun yerinə əsas namizəd kimi Joze Mourinyunun adı hallanır.
Sport7.az