"Tottenhem" Son Hın Min üçün psixoloq ayıracaq

"Tottenhem" Son Hın Minə yardım etməsi üçün psixoloqun köməyindən istifadə edəcək.

Son "Everton"la oyunda (1:1) Andre Qomeşə qarşı müdaxiləsinə görə qırmızı vərəqə ilə cəzalandırılmışdı. Müdaxilə nəticəsində portuqaliyalı futbolçunun sağ ayağının topuğunda sınıq və yerdəyişmə aşkarlanıb.

Cənubi koreyalı oyunçu sözügedən epizoddan sonra özünə gələ bilməmişdi. Komanda yoldaşlarının dediklərinə görə, Son oyunun final fitindən sonra belə, 20-30 dəqiqə göz yaşlarına hakim ola bilməyib.

Bu gün "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino hücumçunun psixoloji vəziyyətini dəyərləndirəcək və onun adının "Srvena Zvezda" ilə matçın iştirak ərizəsinə daxil edilib-edilməyəcəyinə dair qərar qəbul edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR