Poçettinonun məşq metodları

Poçettinonun məşq metodları "Tottenhem" futbolçularının narazılığına səbəb olub

"Tottenhem"in əsas oyunçuları sabiq baş məşqçi Maurisio Poçettinonun metodlarından narazı imiş. Bu barədə ESPN məlumat yayıb.

Futbolçulardan biri şəxsi söhbət zəminində, Poçettinonun məşqdə oyunçulardan tələb etdiyi şeylərin "Real", "Mançester Yunayted", "Barselona" kimi top klublarda qəbul edilməsinin mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, argentinalı mütəxəssisin metodları daha çox əsas heyətə düşmək istəyən gənc oyunçulara uyğundu.

Poçettino istefaya göndərilib. "Tottenhem"i Joze Mourinyu çalışdıracaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR