"Tottenhem"in futbolçuları uğursuz nəticələrə görə Poçettinonu günahlandırırlar

"Tottenhem"in futbolçuları baş məşqçi Maurisio Poçettinonun məşq metodlarından narazıdılar.

"Daily Mail"in xəbərinə görə, oyunçular cari mövsümdə qeydə alınan uğursuz nəticələrə görə Poçettinonun gərgin məşq rejimini günahlandırırlar. Heyət üzvləri argentinalı mütəxəssisin istirahətə az vaxt ayırmasından narazıdılar. 

"Tottenhem"in yeni məşq mərkəzi istifadəyə verildikdən sonra Poçettinonun məşq müddətlərini artırdığı iddia olunur. Həmçinin 47 yaşlı çalışdırıcı avrokubok matçlarından sonra futbolçuların bazada qalmasını tələb edir. Oyunçuların fikrincə, bu, onların boş vaxtlarını məhdudlaşdırmaq anlamına gəlir.

Qeyd edək ki, 8 turdan sonra 11 xal toplayan London klubu hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR