"Tottenhem"in istədiyi türk futbolçu

"Tottenhem"in transfer siyahısında yer alan türk futbolçunun adı müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, İngiltərə klubu "Lill"in futbolçusu Zeki Çeliklə maraqlanır. "The Telegraph"ın məlumatına görə, "Tottenhem" bu transferin həyata keçməsi üçün bəzi futbolçularını satışa çıxarmalı olacaq. Belə ki, Serj Auryer və Xuan Foitin bu məqsədlə satılması gözlənilir.

23 yaşlı Zeki Çeliklə başqa ingilis klubları da maraqlanır. Mourinyu isə bu transferin baş tutması üçün israr edir. İddiaya görə "Tottenhem" türk futbolçu üçün fransızlara 40 milyon avro ödəməyə hazırdı.

Çelik 2018-ci ildə "İstanbulspor"dan "Lill"ə 2,5 milyon avroya transfer olunub. 23 yaşlı sağ cinah müdafiəçisi 2019/20 mövsümündə 32 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR