"Qarabağ"ın qol vurduğu stadionu sökürlər - VİDEO

İngiltərədə "Tottenhem"in son oyunundan bir gün sonra "The White Hart Lane" stadionunun söküntüsü başlanıb.
 
Sport7.az xəbər verir ki, "BBC Sport" kanalı öz "Twitter" səhifəsində stadionunun necə sökülməsinin videosunu yayıb.

Klub 1899-cu ildən ev oyunlarını "The White Hart Lane"da keçirib. Komanda üçün yeni arena 2018-ci ilin yayına qədər inşa olunacaq.
 
Qeyd edək ki, "Tottenhem" son oyunda Premyer Liqanın XXXVII turunda "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edib.
 

Sport7.az

Xəbər lenti