Totti

Totti "Roma"dan ayrıldı

Françesko Totti "Roma"nın direktoru postundan istefa verib.

42 yaşlı sabiq futbolçu bu gün keçirilən mətbuat konfrasında qərarını açıqlayıb:

"Roma"da tutduğum postdan istefa verirəm. Həmişə ümid edirdim ki, belə bir gün gəlməyəcək.

"Roma" hər şeydən önəmlidi. "Roma"ya sevgi ilə yanaşmaq lazımdı. Prezidentlər gəlib gedəcək, məşqçilər bir-birini əvəzləyəcək, oyunçular dəyişəcək, rənglər isə yerində qalacaq. Bu qərar mənim səhvim deyil.

Praktiki olaraq heç vaxt texniki zonada işləməyimə şans vermədilər. Komandaya hər şeyimi verməyə hazır olduğumu bilirdilər, ancaq heç vaxt yardımıma ehtiyac duymadılar. Məni hər şeydən uzaq tutdular".

Totti 1992-ci ildə futbolçu kimi "Roma"nın heyətində debüt edib və karyerasını bitirdiyi 2017-ci ilə kimi "canavarlar"ın formasını geyinib. O, futbolla vidalaşdıqdan sonra klubda direktor kimi çalışırdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR