Totti

Totti "Roma"dan ayrılır

"Roma"nın sabiq kapitanı Françesko Tottinin yaxın günlərdə klubdan ayrılacağı gözlənilir.

"Corriere della Sera"nın məlumatına görə, Totti ilə rəhbərlik arasında fikir ayrılığı yaranıb. 42 yaşlı keçmiş futbolçunun bazar ertəsi mətbuat konfransı keçirəcəyi və qərarını açıqlayacağı bildirilir.

Totti 1992-ci ildə futbolçu kimi "Roma"nın heyətində debüt edib və karyerasını bitirdiyi 2017-ci ilə kimi "canavarlar"ın formasını geyinib. O, futbolla vidalaşdıqdan sonra klubda idman direktoru Monçinin köməkçisi postunu tutmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR