Tottinin forması kosmosa göndərildi - FOTO, VİDEO

Tottinin forması kosmosa göndərildi - FOTO, VİDEO
İtaliya nəhənglərindən olan "Roma" maraqlı addımla diqqət çəkib.

Sport7.az xəbər verir ki, komandanın əfsanəvi futbolçusu Françesko Tottinin forması kosmosa göndərilib. Klubdan verilən açıqlamaya görə futbolçunun xatirəsini yaşatmaq üçün onun mayın 28-də karyerasında sonuncu olan "Cenoa" ilə oyunda geydiyi 10 nömrəli formanın orbitə aparılıb.

Məlumata görə formanı daşıyan "Veqa" adlı raket Fransa Qvineyasından səmaya yola salınıb.

Totti 25 il formasını geydiyi "Roma"da karyerasına klubun rəhbər şəxslərindən biri kimi davam edəcək.
 

 
 

Sport7.az

Xəbər lenti