"Trabzonspor" autsayderə boyun əydi

Türkiyə Super Liqasının 8-ci turuna yekun vurulub. Sport7.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutub.

"Trabzonspor" səfərdə "Mersin İdman Yurdu"nun qonağı olub. 5 qolun qeydə alındığı qarşılaşmada trabzonlular autsayderə 2:3 hesabı ilə uduzub. "Başakşəhər" isə səfərdə "Osmanlıspor"a futbol dərsi keçib - 3:0.


Mersin İdman Yurdu 3:2 Trabzonspor
Qollar: Nakoulma, 26, 40, Vederson 61 - Kordozo, 75, Mbia 90+5


Osmanlıspor 0:3 Başakşəhər
Qollar: Ayhan, 54, Viska, 67, Madureira, 90+1

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR