"Trabzonspor"dan Almaniya Bundesliqasına

"Trabzonspor”un hücumçusu Aleksander Sorlot Almaniya klubu "Leyptsiq”ə transfer olunub.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Bundesliqa təmsilçisinin bu transfer üçün Superliqa klubuna 20 milyon təzminat ödəyəcəyi bildirilib. Bu məbləğin yarısının hücumçunun müqavilə ilə məxsus olduğu "Kristal Pelas”a veriləcəyi qeyd olunub.

24 yaşlı norveçli hücumçu ötən il "Trabzonspor”a keçib. Onun Türkiyə təmsilçisi ilə icarə müqaviləsi gələn ilin yayında başa çatırdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR