"Trabzonspor"un baş məşqçisi istefa verdi

"Trabzonspor"un baş məşqçisi Rza Çalımbay istefa verib.
 
Sport7.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
 
Xəbərə görə, təcrübəli mütəxəssis mövsümün son oyunu olan "Karabükspor"la matçdan sonra komandadan ayrılacağını açıqlaylb.

"Klub rəhbərliyi ilə bir araya gəldik. Onlara müqaviləmin başa çatdığını söylədim. Onlar da "necə edək" deyə soruşdular. Qarşıdakı mövsüm çalışmağı düşünmədiyimi bildirdim. Rəhbərliyə təşəkkür edərək, yollarımızı ayırmağı təklif etdim".

Qeyd edək ki, Çalımbay ötən ilin noyabr ayından "Trabzonspor"u çalışdırırdı.
 
Sport7.az

Xəbər lenti