"Trabzonspor"un Şeydayevlə bağlı SON QƏRARI

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ilə yollarını ayırır. 
 
Sport7.az xəbər verir ki, bu barədə "Haberts.com" məlumat yayıb.
 
Xəbərə görə, 22 yaşlı hücumçunun təlim-məşq toplanışındakı çıxışı komandanın baş məşqçisi Ünal Karamanı qane etməyib. 

Ünal Karaman gənc oyunçu haqqında rəhbərliyə onun "Trabzonspor"un ehtiyat oyunçular skamyasında belə əyləşmək şansının olmadığını deyib və futbolçunun satılmasını istəyib. Klub rəhbərliyi isə baş məşqçinin qərarına əsasən, Ramil Şeydayevə onunla yollarını ayıracağını bildirib. 

Qeyd edək ki, müqavilə ilə "Trabzonspor" klubuna məğsus olan Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.
 
Sport7.az

Xəbər lenti