Transfer qadağası gəlir, baş məşqçi gedir

Transfer qadağası gəlir, baş məşqçi gedir

"Antalyaspor” UEFA tərəfindən cəzalandırıla bilər.

Sport7.az xəbər verir ki, Superliqa təmsilçisinə 3 transfer dönəmində transfer qadağası qoyulacağı gözlənilir.

Buna səbəb Antalya təmsilçisinin maddi böhran səbəbindən borclarını ödəyə bilməməsidir. Klubu bu ağır durumdan çıxara bilməyən prezident Ali Şafak Öztürk bir müddət əvvəl vəzifəsindən istefa verib. Həmçinin baş məşqçi Ərsun Yanalın da istefa ərizəsi yazdığı və bunu tezliklə açıqlayacağı bildirilib.

"Antalyaspor” hazırda 25 xalla 11-ci pillədə qərarlaşır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR