Traore Bərdədə - FOTO

Traore Bərdədə - FOTO
Həvəskarlar Liqasında çıxış edən "Bərdə" növbəti transferini reallaşdırıb.
 
Sport7.az xəbər verir ki, bölgə təmsilçisi Traore Sekou ilə müqavilə imzalayıb. Mərkəzi Afrikalı futbolçu artıq "Play-off" mərhələsinə hazırlaşan "ağ-yaşıllılar'ın sıralarına qoşulub. Hücumcu ilə 1 illik müqavilə imzalanıb.

Traorenin nömrəsi də bəlli olub. O "Bərdə"də 11 nömrəli forma ilə meydana çıxacaq.
 
Bir müddət öncə bölgə təmsilçisi kamerunlu futbolçu Adamou Dayırou Muchılı ilə də müqavilə imzalamışdı.
 
 

Sport7.az

Xəbər lenti