Tsxadadze Fransa klubunda

Tsxadadze Fransa klubunda
"Keşlə"nin sabiq və uzun illərini bu klubda birgə keçirmiş futbolçusu Baçana Tsxadadze karyerasını Fransada davam etdirəcək.

Sport7.az xəbər verir ki, 30 yaşlı futbolçu Fransanın tanınmış klublarından olan "Bastia” ilə müqavilə imzalayıb.

Xeyli müddət "Keşlə"ni baş məşqçi kimi meydana çıxarmış, azərbaycanlı azarkeşlərə yaxşı tanış olan və hazırda Qazaxıstanın köklü klublarından olan "kayrat"ı çalışdılran gürcüstanlı məşqçi Kaxaber Tsxadadzenin oğlu Fransanın üçüncü liqasında mübarizə aparan klubla 1 illik müqavilə imzalayıb.
 
Tsxadadzenin son klubu Gürcüstan "Rustavi”si olub. Hücumçu ölkəmizdə "İnter”lə yanaşı (hazırkı "Keşlə”) "Simurq”da da forma geyib. Baçana "Keşlə"nin heyətində 116, icarə əsasında çıxış etdiyi "Simurq”da heyətində isə 8 oyun keçirib.

Azərbaycandan ayrıldıqdan sonra "Flamurtari” (Albaniya), "Lokomotiv” (Tbilisi), "Smatredia” və "Çixura”da oynayan hücumçu Gürcüstan yığmasına da dəvət alıb və 5 qarşılaşmada iştirak edib.
 
Sport7.az

Xəbər lenti