Tükiyə kuboku:

Tükiyə kuboku: "Fənərbaxça" məğlub oldu

Türkiyə kubokunda qrup oyunlarına start verilib. Sport7.Az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB” doğma meydanda  üçüncü liqa təmsilçisi "Tuzlaspor"la qarşılaşıb. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Vaqif Cavadov və Rəhman Hacıyev bu görüşdə əsas heyətdə yer alıb. Hacıyev ikinci hissədə əvəzlənib, Cavadov isə 90 dəqiqə meydanda olub. Digər futbolçumuz U.Budak isə bu qarşılaşmada iştirak etməyib.

Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" "Akhisar Bələdiyyəspor"un qonağı olub.

Hesabı ilk yarıda meydan sahibləri açsa da, 76-86-cı dəqiqədə "Manisaspor" iki qol vurub. Lakin əlavə olunmuş dəqiqələrdə iki dəfə fərqlənən "Akhisar Bələdiyyəspor" qonaqların qələbəsinə imkan verməyib - 3:2. Qeyd edək ki, Subaşiç start heyətində yer alıb. Millimizin sabiq hücumçusu 59-cu dəqiqədə Gökhan Sazdağı tərəfindən əvəzlənib.

Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor" "Konyaspor"un qonağı olub.

H qrupunda mübarizə aparan Giresun təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb. Çempionat oyununda "18-liy"ə düşməyən Ayaz bu dəfə heyətdə yer alsa da, meydana çıxmayıb. Futbolçumuz ehtiyatda qalıb.

"Fənərbaxça" isə doğma publika önündə "Kayserisporu qəbul edib. Görüşdə qonaqlar 2-1 hesabı ilə qələbə qazanıblar.

A Qrupu
"Qaziantep BB" 2-3 "Tuzlaspor

B Qrupu
"Akhisar Bəlediyəspor" 3-2 "Manisaspor"

D Qrupu 
 "Basakşəhərspor" 3 - 2 "Ankaragücü" 

E Qrupu
"Fənərbaxça" 1 - 2 "Kayserispor"

H Qrupu
"Konyaspor" 1 - 2 "Girəsunspor"


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR