Tural Axundov:

Tural Axundov: "İstəyirik ki, "Qarabağ"ı keçib, birinci yerə nail olaq"

"Neftçi"nin futbolçusu Tural Axundov təlim-məşq toplanışını dəyərləndirib.
 
Sport7.az xəbər verir ki, müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib: "Məşqlər çox ağır keçir. Həm taktiki, həm də fiziki məşqlərimiz olur. Birinci oyundan dərs çıxamalıyıq. Rahat olmalı, öz oyunumuzu oynamalıyıq. Məşqləri oyunda tətbiq etməliyik ki, yaxşı oynayaq, özümümzü göstərək. Rəqibimiz "Dinamo" (Kiyev) olacaq. Təcrübəli klubdu. Əlbəttə, həm fiziki, həm təcrübə, həm də taktika cəhətdən belə oyunların olması bizim üçün yaxşıdı".
 
Axundov ölkə çempionatındakı durum haqda bunları söylədi: "İtirdiyimiz xallar oldu. Bəlkə də o xalları itirməsəydik, birinci yerdə olardıq. İnşallah hamımız toparlanarıq. "Qarabağ"la az xal fərqimiz var. İstəyirik ki, "Qarabağ"ı keçib, birinci yerə nail olaq".
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR