Tural Axundov: "Neftçi" ilə 80-90 faiz razılığa gəlmişik"

Tural Axundov:
"Sumqayıt"ın futbolçusu Tural Axundovun "Neftçi"yə keçməsi an məsələsidi. 

Bizdə olan məlumata görə, əvvəlki klubundan yeni təklif almayan Axundov bu yaxınlarda italiyalı baş məşqçi ilə 2 illik anlaşma imzalayan flaqmanla böyük ölçüdə razılığa gəlib. Amma hələ ki, rəsmi sənədlərə imza atmayıb. Bu üzdən onu arayıb son durumla bağlı fikirlərini öyrəndik. Futbolçu Sport7.az-a açıqlamasında bunları bildirdi:

"Demək olar, hardasa 80-90 faiz razılığa gəlmişik. Sadəcə, bugünlərdə detallar haqda ətraflı danışacağıq. Çox güman növbəti mövsümdən "Neftçi"də oynayacam.

"Sumqayıt" yeni müqavilə təklif etmədi. Səbəbini bilmirəm. Amma Nazim müəllim gəlməmişdən öncə "Sumqayıt"dan ayrılmışdım. Əslində, mövsüm başa çatmamış, "Qəbələ" ilə oyundan sonra klubla danışıqlarımız olmuşdu. Sadəcə, həmin vaxt bildirmişdim ki, çempionat bitsin, sonra oturub söhbətləşərik. Baxdım ki, səs-soraq yoxdu, ayrıldım. Başqa klublardan da təkliflərim vardı".

Sport7.az

Xəbər lenti