"Turan Tovuz" rəsmisi: "Federasiyanın ayırdığı maliyyə ilə fəaliyyətimizi davam etdirəcəyik"

Artıq 10 gündən çoxdur ki, "Turan Tovuz” Birinci Divizionda növbəti mövsümün hazırlıqlarını davam etdirir.
 
Sport7.az xəbər verir ki, klubun icraçı direktoru Nadir Nəbiyev hazırlığı dəyərləndirib. Nəbiyev hazırlıqların intensiv keçdiyini bilidib: "Əsas komandamız 10 gündən çoxdur ki, Tovuzda hazırlıqlara start verib. Təlim-məşq toplanışı dövründə komanda gündə 2 dəfə məşq edir. Bazada hər cür şərait yaradılıb. "Kəpəz”lə yoxlama görüşü keçirmişik. 2 gün sonra yenə yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq".
 
Veteran futbolçu builki məqsədlərindən də danışıb: "Həmişə olduğu kimi, başlıca məqsədimiz yerli istedaları üzə çıxarmaq, həm klubumuza həm də ölkə futboluna töhvə verməkdir. Uşaq futbol komandalarımızın hamısı hazırlıqlarına ara vermədən davam edir. Bununla yanaşı əsas komandanı da sırf yerli uşaqlardan qurmağı planlaşdırırıq. Artıq 10-dan çox gənc futbolçumuz əsas komandaya cəlb olunub".
 
Nadir bəy maliyyə məsələsi ilə bağlı bunları deyib: "Sağ olsun AFFA rəhbərliyinin maddi və mənəvi dəstəyini daim hiss etmişik. Bu mövsümdə də federasiyanın ayırdığı maliyyə ilə fəaliyyətimizi davam etdirəcəyik".
 
Sport7.az

Xəbər lenti