"Turan Tovuz"un Müşahidə Şurasının yeni üzvləri təqdim olundu - FOTOLAR

Sentyabrın 24-də "Turan Tovuz"un bazasında klubun müşahidə şurasının seçilmiş yeni üzvlərinin təqdimat mərasimi keçirilib.
 
Sport7.az xəbər verir ki, vaxtilə "Turan"da vitse-prezident və prezident vəzifələrində çalışmış Rəşid Məhərrəmov və Tovuz futbolunun canlı əfsanəsi Nizami Sadıqov kollektivə təqdim olunub. 

Tədbirdə Rəşid Məhərrəmov və Nizami Sadıqov çıxış edərək klubda gələcək fəaliyyətlərindən danışdılar.
 

 

Sport7.az
 


Xəbər lenti