Türk klubu uğurlu məşqçi ilə yolları ayırdı

Türk klubu uğurlu məşqçi ilə yolları ayırdı
"Akhisarspor" baş məşqçi Okan Burukla yolları ayırıb.
 
Sport7.az xəbər verir ki, bu mövsüm komandasına uğurlu nəticələr qazandırmış sabiq "Qalatasaray"lı klubla müqavilə məsələsində razılığa gələ bilməyib. 
 
Əməkhaqqının artırılmasını tələb edən, lakin klubdan istədiyi cavabı ala bilməyən Buruk əvvəlki şərtlərlə olan müqaviləni qəbul etməyib. 
 
Türkiyə mətbuatının yazdığına görə Buruk "Akhisarspor"dan ildə 2 milyon lirə qazanırdı. Avroliqaya vəsiqə qazanmaqla akhisarlılara tarixinin ən böyük uğurunu yaşadan Buruka, istədiyi maaşı verməyən rəhbərliyə azarkeşlər tərəfindən təzyiqlər var.
 
Sport7.az

Xəbər lenti