Türk klubunda ulduz itkisi

Türk klubunda ulduz itkisi

Türkiyə Superliqasının üzvü "Antalyaspor” ciddi itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, komandanın alman hücumçusu Lukas Podolski sıradan çıxıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, təcrübəli forvard azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Antalyaspor”un digər zədəli futbolçularından Fredi də ən azı bir həftə məcburi istirahət etməli olacaq. Ersan Gülüm və Sinan Gümüşün zədəsi isə elə də ciddi deyil və onların "Trabzonspor”la qarşılaşmaya kimi sıraya dönəcəyi gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR