Türk mütəxəssisdən Azərbaycan əsgərinə dəstək

Türk mütəxəssisdən Azərbaycan əsgərinə dəstək

Tovuzun "Turan" klubunun sabiq baş məşqçisi Naci Şensoy Azərbaycan əsgərinə dəstəyini nümayiş etdirib.
 
Sport7.az xəbər verir ki, türkiyəli mütəxəssis fikirlərini "Facebook" səhifəsi vasitəsilə çatdırıb.

"Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun".

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib və düşmən itki verərək geri otuzdurulub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 4 şəhid verib. Qarşı tərəf çox sayda itki verib.

 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR