Türkiyə Almaniyanı məğlub etdi və Olimpiadaya vəsiqə qazandı

Türkiyə Almaniyanı məğlub etdi və Olimpiadaya vəsiqə qazandı

Qadın voleybolçuların Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirinə yekun vurulub.

Finalda Türkiyə və Almaniya milliləri üz-üzə gəlib. Qarşılaşma "ay-ulduzlular"ın aşkar üstünlüyü şəraitində keçib. Yekunda rəqibini 3:0 hesabı ilə məğlub edən Türkiyə voleybolçuları turnirin qalibi olaraq Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Hande Baladın 18 xalla matçın ən məhsuldar oyunçusu olub.


Tokio-2020-nin Avropa üzrə təsnifat turniri

Apeldorn, Hollandiya

Final

Türkiyə - Almaniya - 3:0 (25:17, 25:19, 25:22)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR