Türkiyə Avropa çempionatı ilə vidalaşdı!

Türkiyə Avropa çempionatı ilə vidalaşdı!

Bu gün Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Sport7.az xəbər verir ki, E və F qrupunda yer alan komandaların iştirakı ilə keçiriləcək 4 oyundan sonra bütün 1/8 finalçılar müəyyənləşib.

Macarıstan millisi Portuqaliya heç-heçə (3:3) oynayaraq, qrup lideri kimi növbəti mərhələyə adlayıb. Avstriyaya son dəqiqə qolu ilə qalib gələn (2:1 İslandiya da eyni uğura imza atıb. 4 xalla qrup lideri olan Macarıstan millisi Portuqaliya ilə münasibətlərə aydınlıq gətirib. Portuqaliya isə ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala adlayıb.

E qrupunda isə İtaliya qrupdan çıxmağı təmin etdiyindən İrlandiya ilə matça əsas heyətlə çıxmayıb. Bunun nəticəsi kimi irlandlar rəqibinə 1:0 hesabı ilə qalib gələrək, Türkiyənin ən yaxşı qrup üçüncülərindən birini olmaq arzusunu ürəyində qoyub. Belçika isə İsveçi 1:0 hesabı ilə məğlub edərək, 1/8 fnala yüksəlib.


Avropa çempionatı - 2016
22 iyun
 
F qrupu
20:00. İslandiya - Avstriya 2:1
Qol: Boedvarsson (18), Traustason (90+)  - Alessandro (60)
Baş hakim: Şimon Marçinyak 
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)
Sen-Deni. "Stad de Frans”
 
20:00. Macarıstan - Portuqaliya 3:3
Qol: Gera (19), Balazs (47, 55) - Nani (42), Ronaldo (50, 62)
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mellerki, Stefen Kild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. Şəhər stadionu

E qrupu
23:00. İtaliya - İrlandiya - 0:1
Qol: Bredi, 85

Baş hakim: Ovidiu Hateqan 
Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Lill. "Pyerr Morua” stadionu
 
23:00. İsveç - Belçika - 0:1
Qol: Naynqolan, 84

Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Nitsa. Şəhər stadionu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR