Türkiyə futbolunun UTANC GÜNÜ

Türkiyə futbolunun UTANC GÜNÜ

Aprelin 4-ü Türkiyə futboluna utanc gətirən günlərdən biridi.

Sport7.az xəbər verir ki, 2015-ci ilin məhz bu günündə içərisində "Fənərbaxça”nın futbolçuları olan avtobus odlu silahdan atəşə tutulmuşdu.

Hadizə Rizə-Trabzon yolunda yaşanmışdı. Belə ki, "Fənərbaxça” həmin gün "Rizəspor”la qarşılaşmadan sonra avtobusla geri dönərkən hücuma məruz qalmışdı. Silahlı hücum zamanı avtobusa ziyan dəysə də, futbolçulardan güllə yarası alan olmamışdı.

Qeyd edək ki, 5 il keçməsinə baxmayaraq, hələ də atəşin kimlər tərəfindən açıldığı müəyyənləşməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR