Türkiyə mətbuatı

Türkiyə mətbuatı "Neftçi"dən yazdı

"Qalatasaray"ın "Əskişəhərspor"dan transfer etdiyi Jesse Sekidika haqqında Türkiyə mətbuatında maraqlı məlumat yayılıb. 

Sport7.az xəbər verir ki, məlumat "Skorer" saytında yer alıb.
 
Xəbərdə futbolçunun daha əvvəl "Neftçi" klubuna təklif olunduğunu, ancaq Bakı klubunda baxışda olan Sekidika "Neftçi"nin məşqçilər korpusu tərəfindən bəyənilmədiyi yazılıb. 

Türk mətbuatı futbolçunun "Qalatasaray"a transfer olunduğundan xəbər tutan "Neftçi" tərəfinin heyfisləndiyini, "Biz nəyi görmədik? "Qalatasaray" kimi bir klubunun bəyəndiyi futbolçunu biz niyə bəyənmədik?" deyərək peşmançılıq çəkdiklərini qeyd edib. 
 
Röya
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR