Türkiyə millisinin AVRO-2020-də mümkün rəqibləri

Türkiyə millisinin AVRO-2020-də mümkün rəqibləri

Türkiyə millisi İslandiya ilə 0:0 hesablı heç-heçədən sonra "AVRO-2020"nin final mərhələsinə vəsiqəni təmin edib.

Sport7.az xəbər verir ki, bu heç-heçə sayəsində xalları 20-ə çatan türklərin ən yaxın izləyici İslandiya ilə arsındakı xal sayı 4-ə yüksəlib.  Lider Fransa ilə arasında iki xal fərqi olan Türkiyə millisi qrupu ilk pillədə də başa vura bilər. 

Türklərin "AVRO-2020"nin final mərhələsindəki rəqibləri isə 30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatmada bəlli olacaq. 
 
"AVRO-2020"nin final mərhələsinə vəsiqə qazanan Belçika, İtaliya, İspaniya, Rusiya, Polşa, Fransa, Ukrayna və İngiltərə milli komandaları Türkiyənin mümkün rəqibləridir. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR