Türkiyə millisinin üzvü

Türkiyə millisinin üzvü "Yuventus"a keçə bilər

Türkiyə millisinin və "Lill"in futbolçusu Yusuf Yazıcı karyerasını İtaliyada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə "Yuventus" maraqlanır. Turin təmsilçisi türkiyəli oyunçunu izləmək üçün mütəmadi olaraq skautlar göndərir. Ölkə çempionu Yazıcı üçün mövsümün sonunda klubuna rəsmi təklif göndərməyi planlaşdırır. "Yuventus" Yazıcını mövsümün sonunda komandadan ayrılacaq Paulo Dibalaya əvəzləyici kimi görür. "Lill"in bu keçid üçün qarşı tərəfdən 40-45 milyon avro tələb edəcəyi gözlənilir.

İtaliya mətbuatı isə istedadlı yarımmüdafiəçi ilə "İnter"in də maraqlandığını iddia edib. Yazıcının adı İngiltərənin "Arsenal" klubu ilə də hallanıb.

Yazıcı cari mövsüm "Lill" forması ilə 23 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Yuventus"da Türkiyə yığmasının daha bir üzvü Merih Demiral çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR