Türkiyə Sultanlar Liqası:

Türkiyə Sultanlar Liqası: "Vakıfbank", "Əczacıbaşı" və "Qalatasaray" itkisiz davam edirlər

Qadın voleybolçuların Türkiyə Sultanlar Liqasında 3-cü tura yekun vurulub.

Həftənin mərkəzi matçında "Vakıfbank" və THY üz-üzə gəlib. Covanni Quidettinin yetirmələri oyundan 3:0 hesabı ilə qalib ayrılsalar da, hər üç setin 2 xal fərqi ilə başa çatması görüşün gərgin keçməsindən xəbər verir.

İzabel Hok 22 xalla qarşılaşmanın ən məhsuldarı olub. Milena Raşiç və Qab 13 xalla oynayıblar. THY-nin heyətində Aneta Havliçkova və Anne Böys hərəyə 14 xal toplayıblar.


Türkiyə Vestel Venus Sultanlar Liqası

3-cü tur

"Beşiktaş" - "Qalatasaray" - 1:3 (17:25, 18:25, 25:23, 19:25)

"Nilüfer Bələdiyyəspor" - "Aydın Böyükşəhər Bələdiyyəsi" - 0:3 (18:25, 20:25, 20:25)

"Fənərbağça" - "Yeşilyurt" - 3:0 (25:11, 25:17, 25:10)

"Karayolları" - "Əczacıbaşı" - 0:3 (14:25, 20:25, 8:25)

"Bəylikdüzü" - PTT - 1:3 (25:22, 16:25, 13:25, 15:25)

"Vakıfbank" - THY - 3:0 (27:25, 25:23, 25:23)


Üç turdan sonra aktivində 9 xal olan 3 komanda var: "Vakıfbank", "Əczacıbaşı" və "Qalatasaray".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR