Türkiyə Super Liqasında “aləm qarışdı”

Türkiyə Super Liqasında “aləm qarışdı”

Türkiyə çempionatının 32-ci turu bir-birindən maraqlı qarşılaşmalara şahidlik edib.

Sport7.az xəbər verir ki, çempionluğa iddia edən "Başakşəhər” və "Trabzonspor” hər ikisi bu turda uduzub.

Okan Burukun çalışdırıdığı İstanbul klubu səfərdə "Konyaspor”a 3:4 hesabıyla uduzub. Maraqlıdı ki, Konya təmsilçisini "Bakı”nın sabiq baş məşqçisi Bülənt Qorxmaz çalışdırır. "Konyaspor”un qollarından ikisinə isə "Səbail”in keçmiş futbolçusu Faruk Miya imza atıb. Miya 20 və 45+1-ci dəqiqələrdə adını tabloya yazdırıb.

"Trabzonspor” isə "Dənizlispor”a "boyun əyib” – 1:2. Bu qələbədə də "azərbaycanlı izi”nə rast gəlmək olar. Çünki "xoruzlar”ın hazırkı baş məşqçisi bir vaxtlar "Neftçi”də oynamış Ləvənt Kartopdu.

Robert Prosineçkinin komandası "Kayserispor” isə "Qaziantepspor”la görüşdən 1:1 hesablı "sülh”lə ayrılıb.

Bu nəticələrdən sonra lider "Başakşəhər”in 66 xalı var. "Trabzonspor” isə liderdən 4 xal geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR