DÇ-2022-nin seçmə mərhələsinə parlaq qələbələrlə başlayan Türkiyə yığmasının futbolçuları koronavirusa yoluxub.
Sport7.az xəbər verir ki, "ay-ulduzlular”da testin nəticəsi 3 nəfərdə pozitiv çıxıb və həmin oyunçular karantinə alınıb.
Qrupdakı ilk oyunlarında Niderlandı 4:2, Norveçi isə 3:0 hesabı ilə məğlub edən Türkiyə yığması sabah Latviyanı qəbul edəcək.
Sport7.az