Türkiyə yığmasının futbolçusu İngiltərə klubunda

Türkiyə yığmasının futbolçusu İngiltərə klubunda

"Roma”nın yarımmüdafiəçisi Cengün Ündər karyerasını İngiltərədə davam etdirəcək.

Sport7.az xəbər verir ki, Türkiyə millisinin üzvü "Lester”ə keçib. Bu haqda klubun rəsmi saytında məlumat yer alıb.

Premyer Liqa təmsilçisi 23 yaşlı cinah oyunçusunu 1 il müddətinə icarəyə götürüb. Klublar arasındakı anlaşmaya əsasən, "tülkülər” mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna malik olacaq. Keçidi ilə bağlı klubun rəsmi saytına təəssüratlarını bölüşən Cengiz Türkiyə millisindəki komanda yoldaşı Çağlar Söyüncü ilə çiyin-çiyin oynayacağı üçün çox sevindiyini söyləyib.
 
Cengiz Ündər "Roma”ya 2017-ci ildə 15 milyon avro qarşılığında "Başakşəhər”dən keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR