"Fənərbaxça"dan qovulan məşqçi Çində çempion oldu - FOTO

"Fənərbaxça" ilə Superliqada ikincilik yaşayan və növbəti mövsümdə Çempionlar Liqasında "Monako"ya uduzandan sonra komandadan qovulan Vitor Pereyra karyerasına daha bir çempionluq əlavə edib.

Sport7.az xəbər verir ki, bu mövsüm Halk, Oskar kimi dünyaca məşhur futbolçuların da formasını geydiyi "Şanxay SİPG"i çalışdıran Pereyra çempionatın bitməsinə bir həftə qalmış çempion olub.

"Porto" və "Olimpiakos"dan sonra Çində də çempionluq görən Pereyraın illik 6 milyon avro qazandığı və bu titula görə cibinə daha 1 milyon avro da qoyacaq. 

Türkiyədən qalmaqallı şəkildə göndərilən Pereyranın "Fənərbaxça"dan şikayət yolu ilə bu mövsüm 1,9 milyon avro alacağı da gündəmə gəlmişdi.
 
 

Sport7.az

Xəbər lenti