Türkiyəli atlet diskvalifikasiya olundu - dopinqə görə

Türkiyəli atlet diskvalifikasiya olundu - dopinqə görə

Beynəlxalq Olimpiya Komitəsi türkiyəli atlet Gülcan Mınqırı diskvalifikasiya edib.
 
Sport7.az xəbər verir ki, buna səbəb idmançının qanında qadağan olunmuş maddənin aşkarlanmasıdı. Komitə əlillər arasında 2012-ci ildə London Olimpiyadasında 3000 metr məsafədə 27-ci olan Mınqırın testinin pozitiv çıxdığını açıqlayıb.
 
Bu üzdən millinin sabiq atletinin 2012-ci ildə qazandığı nəticələr ləğv olunub.
 
Həmin ildə Gülcan Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Avropa Atletizm yarışında qızıl medal qazanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR