Türkiyəli idmançıdan Rusiyada rekord - VİDEO

Türkiyəli idmançıdan Rusiyada rekord - VİDEO

Türkiyəli ağırlıqqaldıran Daniyar İsmayılov Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında rekorda imza atıb.

Sport7.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı birdən qaldırmada 160 kq nəticə göstərib. Əvvəlki rekord isə 159 kq olub. İsmayılov təkanla qaldırmada isə 181 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 341 kq nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib.

İsmayılov 2015-ci və 2016-cı illərdə də Avropa çempionu olub. O, həmçinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR