Türkiyəni qrupdan çıxaracaq bütün ssenarilər

Türkiyəni qrupdan çıxaracaq bütün ssenarilər

Bu gün Azərbaycanlı futbolsevərlərin bütün diqqəti Türkiyə-Çexiya matçına yönələcəyini desək, yanılmarıq. Sport7.az xəbər verir ki, "ay-ulduzlular" qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdı.

Avropa çempionatında ilk dəfə ən yaxşı 3-cü yerin sahibi olan 4 komandanın da 1/8 finala adladığından, Türkiyə bu şansdan yararlana bilər. Amma digər matçlarda qeydə alınacaq nəticələr də önəmlidi.

Bəs, Fatih Terimin yetirmələri qrupdan necə çıxa bilər? Sport7.az bütün ssenariləri təqdim edir...

Bunun üçün Türkiyə Çexiya ilə matçı qələbə ilə başa vurmalıdı. A qrupunun 3-cü turunda Rumıniyanın Albaniyaya uduzması türklərin işinə yaraya bilər. Çexiya ilə oyunda qazanılacaq qələbədən sonra Albaniya ilə xallar eyni olacaq. Belə durumda isə top fərqi nəzərə alınacaq. Albaniya qapısından 3 top buraxıb, bir qol vurub. Bu da o deməkdi ki, Türkiyə Çexiyanı ən azı 2:0 hesabı ilə məğlub etməlidi. Bu zaman vurulan qolların hesabına Fatih Terimin yetirmələri "Qarabağ"ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi komandanı qabaqlayacaq.


B qrupuna ümid yoxdu...

B qrupunda Slovakiya İngiltərə ilə bərabərə (0:0) qaldığı üçün xallarının sayını 4-ə yüksəldib. Bu isə o deməkdi ki, Türkiyə B qrupunun üçüncüsü Slovakiyanı qabaqlaya bilməyəcək.

C qrupunda  yer alan Ukyranda da Türkiyə kimi nəinki qələbə, hətta xal üzünə həsrət qalıb. Ancaq ukraynalılar türklər qədər şanslı deyil. Şimali İrlandiya məğlubiyyəti Ukrayna millisinin turnirdən vidalaşması ilə nəticələnib. Qrupun son matçında üz-üzə gələcək Almaniya ilə Şimali İrlandiya komandaları meydandan sülhlə ayrılsa, bu zaman türklərin şansları daha da azalacaq. Amma Polşa ilə eyni - xala malik olan almanların qrupu lider kimi başa vurmaq istəyi "ay-ulduzlular"ın işinə yaraya bilər. Almanlarla türklər qalib gəlsə, Şimali İrlandiya ilə Fatih Yerimin komandasının xalları eyni olacaq. Bu zaman da tof fərqi önəm daşıyacaq ki, bu da axşamkı oyunda müəyyənləşəcək.


E qrupu

E qrupunda vəziyyət Türkiyə üçün ürəkaçandı. Çünki İtaliya qrupdan lider kimi çıxmağı bacardı. Qrup ikincisinin və üçüncüsünün taleyinə isə son turda oynanılacaq qarşılaşmalardan sonra aydınlıq gələcək. 3 xalı olan Belçika İsveçi məğlub etsə, qrupu ikinci kimi başa vuraraq, 1/8 finala adlayacaq. Oyun bərabərə çatması da belçikalıları növbəti mərhələyə daşıyacaq. Bu, həm də türklərin işinə yarayır. Belə olan halda İsveçin 2 xalı olacaq. Yox, İsveç qalib gəlsə, xallarının sayını 4-ə yüksəldəcək və Belçikanı qabaqlayaraq, qrup ikincisi olacaq. İrlandiya da İtaliyanı məğlub etsə, qrupu 3-cü pillədə başa vuracaq. Bir sözlə, İtaliyanın aktivində 1 xalı olan İrlandiyaya məğlub olmaması lazımdı. İtaliya və Belçika qalib gəlsə, ya heç-heçə etsə, Türkiyə də çexlərlə oyunda 3 xal qazansa, İsveç və İrlandiyanı qabaqlayacaq.

F qrupunda isə ən yaxşı ssenari 4 xalla sahib olan Macarıstanın Portuqaliyanı məğlub etməsi olacq. Portuqaliya qalib gəlsə, qrupun digər matçında da bir komanda meydanı 3 xalla başa vursa, bu zaman  Türkiyənin ümidləri azalacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR