Tyaqo Telez Bolinya: “Futbolda hesablaşmalı olduğun məqamlar var”

Tyaqo Telez Bolinya: “Futbolda hesablaşmalı olduğun məqamlar var”
Portuqaliya ilə oyundan sonra millimizin hücumçusu Bolinya AFF-nin mətbuat xidmətinə müsahibə verib.
 
Sport7.az həmin müsahibəni təqdim edir: 
 
- Start əla alındı, amma yekun üzücü oldu. Niyə?
 
- Bəli, yaxşı başladıq, erkən qol vurduq. Hesab 1:0 olanda hər şey əla idi. Amma üstünlüyümüzü çox saxlaya bilmədik, qollar buraxdıq. Futbolda hesablaşmalı olduğun məqamlar da var. Biz müdafiədə səhvlərə yol verdik, onlar isə əks-hücumlarda yaxşı oynadılar, sanki hər yaxaladıqları fürsəti dəqiq tamamlamağı bacardılar. 
 
- İspaniya ilə oyundan sonra bu dəfə daha yaxşı oynayacağınızı gözləyirdik...
 
- Həmin qarşılaşmada çox güc sərf etdik və təsirini bu matçda gördük. Az da olsa, yorğun idik. Ancaq onlar da bizim kimi ardıcıl iki oyun keçirdilər. Ona görə də bəraət axtarmamalıyıq. Sadəcə, rəqib hər imkandan istifad etdi.
 
- Birinci oyunda 3 qol vurdun. Amma nə İspaniya, nə də Portuqaliya ilə oyunlarda qapıya düşə bilmədin. 
 
- İspaniya ilə oyunda demək olar, şansım olmadı. Ancaq bu gün 2-3 epizodda "çərçivə”yə düşə bilərdim. Hətta zərbə də ednirdim. Lakin rəqib qapıçı uğurlu oynadı. Əlbəttə, fərqlənə və komandama kömək edə bilmədiyimə görə üzgünəm. 
 
- Ümumi çempionatla bağlı təəssüratın necədi?
 
- İştirakçı komandaların səviyyəsi bir-birinə çox yaxındı. İndi zəif komanda yoxdu. Təbii ki, bu nəticəyə görə məyusam. Çox pis hesabla buranı tərk edirik. Böyükhesablı nəticə ilə uduzmaq bizə yaraşmadı. Soyuqbaşla düşünəcəyik. Səhvlərimizi analiz edib, növbəti yarışlar üçün nəticə çıxarmalıyıq.

- Millimiz üçün1/4 finalda oynamağı uğur sayırsanmı?
  
- Xeyr, biz bura gələrkən yarımfinalda oynayacağımızı düşünürdük. Çempionata yaxşı başladıq, İspanlara qarşı da pis oynamadıq. Ancaq bu gün Portuqaliya çox yaxşı çıxış etdi. Xüsusilə də yaxaladıqları hər epizodu qol çevirməklə oyunun taleyini həll etdilər.
 
Sport7.az

Xəbər lenti