U-19 Avropa çempionatına belə hazırlaşır - FOTOLAR

U-19 Avropa çempionatına belə hazırlaşır - FOTOLAR
2019-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir.
 
Sport7.az xəbər verir ki, həftədə 3 dəfə Bakı İdman Sarayında keçirilən məşqlərə müvəqqəti olaraq Ağatahir Əzimov rəhbərlik edir. 

Avropa çempionatının oyunları 2019-cu ilin əvvəllində keçiriləcək. Ehtiyac duyulacağı halda yanvarın 21-dən 26-dək ilkin mərhələnin oyunları təşkil ediləcək. Əsas mərhələnin qarşılaşmaları isə martın 26-dan 31-dək keçiriləcək. Qalibin adı final turunda bilinəcək. Bu mərhələnin oyunları 8-14 sentyabrda keçiriləcək. Final mərhələsinə hansı ölkənin ev sahibliyi edəcəyi bilinmir. Hazırda 7 ölkə - Xorvatiya, Gürcüstan, Macarıstan, Latviya, Portuqaliya, Rusiya və Ukrayna bunun üçün UEFA-ya müraciət ediblər. Bu il sentyabrın 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında bu suala da cavab tapılacaq.
 

















 
Sport7.az

Xəbər lenti