U-19 bu gün yoldaşlıq oyunu keçirəcək

U-19 bu gün yoldaşlıq oyunu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Sport7.az xəbər verir ki, yığmamız növbəti dəfə Maltanın U-19 komandası ilə qarşılaşacaq.

Bayıl stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında avqustun 5-də keçirilmiş yoldaşlıq oyunu yığmamızın 4:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR