U-19 qələbə qazanıb

U-19 qələbə qazanıb
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşan komandamız 3:2 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində qolları Rövşanə Sərdarlı, Nino Qurqenidze və Vüsalə Seyfətdinova vurub.
 
Sport7.az

Xəbər lenti