UEFA 2020-ci ilin rəmzi yığmasını açıqladı

UEFA 2020-ci ilin rəmzi yığmasını açıqladı

UEFA 2020-ci ilin rəmzi komandası ilə bağlı səsvermənin nəticələrini açıqlayıb.

Sport7.az xəbər verir ki, sorğuda 6 milyona yaxın azarkeş iştirak edib. Ən yaxşı "11-lik"də "Bavariya"nın 4 futbolçusu yer alıb. Həmçinin "Barselona"dan Lionel Messi, "Yuventus"dan Kristiano Ronaldo və PSJ-dən Neymar da rəmzi komandaya düşüb.

Qapıçı: Manuel Noyer ("Bavariya")
Müdafiəçilər: Coşua Kimmix, Alfonso Deyvis ( hər ikisi"Bavariya"), Serxio Ramos ("Real Madrid", İspaniya), Vircil Van Deyk ("Liverpul", İngiltərə)
Yarımmüdafiəçilər: Lionel Messi ("Barselona"), Kevin De Bröyne ("Mançester Siti", İngiltərə), Tyaqo Alkantara ("Liverpul")
Hücumçular: Kristiano Ronaldo ("Yuventus"), Robert Levandovski ("Bavariya"), Neymar (PSJ)
 
Qadın futbolçulardan ibarət rəmzi "11-lik" isə belədir:

Qapıçı: Sara Buaddi ("Lion", Fransa)
Müdafiəçilər: Maqdalena Eriksson ("Çelsi", İngiltərə), Vendi Renar, Kadeyşa Byukenen (hər ikisi "Lion"), Lusi Bronz ("Mançester Siti", İngiltərə)
Yarımmüdafiəçilər: Amandin Şantal Anri, Sara Byork Qunnarsdottir (hər ikisi "Lion"), Keyra Hamraoui ("Barselona", İspaniya)
Hücumçular: Delfin Kaskarino ("Lion"), Pernilla Harder ("Çelsi"), Daniel Van de Donk ("Arsenal", İngiltərə)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR